...

Azərbaycanda üzüm yığımı 76 min tona yaxın olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2005 20:31 (UTC +04:00)

2005-ci ilin yanvar -oktyabr aylarında Azərbaycanda üzüm yığımı 75, 5 min ton təşkil edib ki, bu da 2004-cü ilin analoji dövründəkindən 23,5 min ton çoxdur. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2005-ci ildə Azərbaycanda üzüm üığımı 70 min ton həcmində proqnozlaşdırılmışdı. Lakin yeni üzüm plantasiyalarının yaradılması hesabına məhsulun daha yüksək artımı müşahidə olunur. "Hazırda ölkədə üzüm yığımı üzrə işlər davam edir", - deyə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramında Azərbaycanın müxtəlif regionlarında yeni plantasiyaların salınması nəzərdə tutulub. Həmçinin, Cəlilabad, Qazax, Xanlar, Kürdəmir, Tovuz rayonlarında hər il 100-150 hektarlıq yeni üzümlüklərin saloınması, Xanlar, Cəlilabad və Şamaxı rayonlarında Fransadan gətirilmiş yeni növlərin yetişdirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti