...

Azərbaycanda kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldarlığı müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2005 14:31 (UTC +04:00)

2005-ci ildə Azərbaycanda kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldarlığı müşahidə olunur. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, yanvar-oktyabr aylarında kartofun ümumi yığımı 1 miln 60 min ton olub ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 54 min ton çoxdur. Kartofun ümumi əkin sahəsi 70 min hektardan artıq təşkil edir.

Nazirlikdə kartof istehsalının artırılmasının əsas səbəbəbini bu il kartof sahələrinin 8,7% genişləndirilməsi ilə izah ediblər. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, 2005-ci ildə kartof yığımı 1 milyon tondan artıq proqnozlaşdırılmışdı.

Ötən il Azərbaycanda kartof istehsalının artımı 21% təşkil edərək 930,1 min tona qədər çatdırılıb.

Bundan əlavə, dövlət strukturundan verilən məlumata görə, bu dövrdə tərəvəz yığımının ümumi həcmi 1 miln 104 min ton təşkil edib ki, bu da 2004-cü ilin yeni dövrü ilə müqayisədə 54 min ton çoxdur. Meyvə üzrə bu göstərici 500 min tondan artıqdır. Bu ötən ilin göstəricisindən 165 min ton çoxdur. Bostan bitkilərinin yığımının ümumi həcmi 363 min ton olub ki, bu da öz növbəsində 2004-cü ilin analoji dövründəkindən 9 min ton çoxdur.

"Hazırda kənd təsərrüfatı bitkilərinin adı çəkilən növləri üzrə yığım davam edir"-deyə dövlət strukturundan bildirilib.

Xəbər lenti

Xəbər lenti