...

Azərbaycan Milli Bankı notlar üzrə hərrac elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2005 13:21 (UTC +04:00)

Azərbaycan Milli Bankı qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac elan edib. Bakı Fond Birjasından Trend ə verilən məlumata görə, hərracın predmeti AMB-nin 50100811S dövlət qeydiyyat nömrəli qısamüddətli notlarıdır.

Emissiyanın həcmi 50 mlrd manat , dövriyyə müddəti - 28 gün, ödəmə tarixi isə 14 dekabrdır. Hərrac noyabrın 16-da keçiriləcək.

Beləliklə, 2005-ci ildə AMB 47 buraxılış vasitəsilə satışa 1335 mlrd manat dəyərində not çıxarıb (2 trln manat məbləğində qeydiyyata alınmış emissiyanın 66,75%-i) və 46 buraxılışdan yalnız 720,177 mlrd manat cəlb edib.

Xəbər lenti

Xəbər lenti