...

Noyabrda "Şəhərlərin alyansı" layihəsi start götürəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2005 13:34 (UTC +04:00)

Noyabrın sonlarında Asiya İnkişaf Bankının (AİB)maliyyələşdirdiyi "Şəhərlərin alyansı" (Şəhərlərin əməkdaşlığı) layihəsi start götürəcək. AİB-in Bakıdakı ofisindən Trend ə verilən məlumata görə, layihə noyabrın sonlarından həyata keçirilməyə başlayacaq.

"Bu layihə UNDP və İsrail hökumətinin birgə qrant layihəsi olub Azərbaycanın Yoxsulluğun azaldılması və iqtisadi inkişaf (SPPRED) Dövlət Proqramının Katibldiyi tərəfindən idarə olunur. Bu layihənin məqsədi 3 regional şəhərdə Şəki, Gəncə və Mingəçevirdə bütün maraqlı tərəflərin iştirakının planlı fəaliyyətini təmin etməkdir.

Şəhərlərin Alyansı layihəsi 3 rayonda və 3 rayon şəhərində pilot əsaslarla şəhər və rayonların inkişafı strategiyasına yönəlib. Layihənin 1.5 ilə həyata keçiriləcəyi ehtimal edilir. Onun reallaşdırılması üçün Şəki, Gəncə və Mingəçevir şəhərlərində konsultativ mərkəzlər yaradılacaq. Konsultativ qrup yerli ictimaiyyətlə, digər iştirakçılarla və QHT ilə sıx əməkdaşlıq şəraitində işləyəcək. Bu pilot layihənin 10 il üçün nəzərdə tutulmuş Yoxsulluğun azalması və davamlı inkişafın reallaşdırılması üzrə Dövlət Proqramının reallaşdırılmasına yardım göstərəcəyi ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti