...

Azərbaycan Dəmiryolu İdarəsi dəmiryolu təsərrüfatı obyektlərinin payız yoxlamalarına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2005 13:46 (UTC +04:00)

Noyabrın 14-dən Azərbaycan Dövlət Dəmiyol İdarəsi (ADDİ) dəmiryolu təsərrüfatı obyektlərində payız yoxlamalırını keçirməyə başlayıb. Bu barədə "Tpend" ə ADDİ-dən məlumat verilib.

Baş mühəndis Qurban Nəzərovun rəhbərliyi ilə yoxlamalar Yalama yoxlama-buraxılış məntəqəsində işə başlayıb. Gələcəkdə yolxlamalar Yalama-Sumqayıt, Böyük Kəsik -Qazıməmməd, Horadiz-Osmanlı, Əlibayramlı-Ələt, Əlibayramlı-Pirsaat-Biləcəri marşrutları üzrə, Bakı, Keşlə, Şirvan, Güzdək, Xırdalan və ADDİ-nin bütün istiqamətlərində həyata keçiriləcək.

Göstərilən tədbirin həyata keçirilməsində məqsəd dəmiryollarında təhlükəsizlik işlərinin yoxlanılması, eləcə də bu istiqamətdə problemlərin aradan qaldırılmasını təmin etməkdir. Təftiş zamanı dəmiryol stansiyaları və dəmiryolları, avadanlıqlar, vaqonlar, elektirik təchizatı, kommunikasiya və s. yoxlanılacaq. ADDİ yoxlamalı ildə iki dəfə (yaz və payız) keçirir.

Xəbər lenti

Xəbər lenti