...

Azərbaycanın dəmiryolları ilə 15,1 milyon tondan artıq yük daşınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2005 13:57 (UTC +04:00)

Azərbaycan Dövlət Dəmiryolu İdarəsi (ADDİ) tərəfindən yanvar -oktyabr ayları ərzində planlaşdırılan 13,3 milyon tona qarşı 15,187 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövründəkindən 1,6 milyon ton çoxdur. Bu barədə "Tpend"ə ADDİ-dən məlumat verilib.

Göstərilən dövrdə sutka ərzində planlaşdırılan 752 və ya 43 775 tona qarşı 833,4 vaqon yüklənib və ya vaqonlara 49 956,3 ton yük vurulub. Bu, həmçinin, ötən ilin analoji dövrünün göstəricilərindən 30,9% çoxdur. Plan 114,1% yerinə yetirilib.

Ümumi həcmdən 11,221 milyon ton neft və neft məhsullarının payına düşür. Yüklərin yerdə qalan hissəsi isə tikinti materiallarının, matealların və digər məhsulların payına düşüb. Sutka ərzində vaqonlara yüklənən yük və yük məhsullarının həcmi 615,2 vaqon və 36910,8 ton (581 vaqona və ya 36 000 tona qarşı) təşkil edib. Plan 105,9% yerinə yetirilib. Ötən illə müqayisədə neft və neft məhsullarının daşınmasında 28,6% artım əldə olunub.

Xəbər lenti

Xəbər lenti