...

Asiya İnkişaf Bankının missiyası Bakıya gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2005 16:17 (UTC +04:00)

Asiya İnkişaf Bankının (AİB) rayon şəhərlərinin sosial infrastrukturu layihəsi üzrə missiyası Bakıya gələcək. AİB-in Bakıdakı ofisindən Trend ə verilən məlumata görə, Bankın urbo-iqtisadçısı Şeyn Rozentalın (Shaine Rosenthal) başçılıq etdiyi missiya noyabrın sonlarında gələcək.

"Səfərdə məqsəd rayon şəhərlərinin sosial infrasturkturunun yaxşılaşdırılması ilə bağlı layihənin hazırlanmasıdır ", - deyə bankdan bildirilib.

Bu layihə üzrə ayrılan məbləğ $40 milyondur. Ehtimallara görə, bu layihəyə ayrılan kredit 2006-cı ilin ortalarında AİB tərəfindən təsdiqlənəcək. Bu vaxta kimi sosial infrastrukturanın yaxşılaşdırılması ilə bağlı investisiyaların qoyulmasına, eləcə də, sanitariya şəraitinin, bələdiyyə infrastrukturunun, su təchizatının, təmir və yolların bərpası ilə bağlı bir sıra layihələrin meydana çıxacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti