...

22 bank 2006-cı ildə minimum ümumi kapitala dair Azərbaycan Milli bankının tələblərinin yüksəldilməsinə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2005 15:12 (UTC +04:00)

2005-ci ilin üç rübünün yekunlarına əsasən, Azərbaycanın 7 bankı ümumi kapital həcminin normativlərlə müəyyən edilmiş səviyyəsindən aşağıdır. Azərbaycan Milli bankında Trend ə bildirilib ki, idin əvvəlində 19belə bank vardı.

Beləliklə, ümumi kapitalın 17,5 mlrd. manatadək həcminə 7 bank malikdir və onların ölkə banklarının ümumi kapitalındakı payına 7% düşür.

2004-cü ilin 1 oktyabrında 27 belə bank (35,6%), 2005-ci ilin 1 yanvarında 19 bank (24,5%) vardı.

Hesabat dövrünün yekunlarına əsasən, 17,5 mlrd.həcmində kapitalın 25 mlrd. manatadək hissəsinə 13 bank 18,4% (6 (13,7%) və 10 (17,2%)), 25 mlrd.-dan 50 mlrd. manatadək - 16 bank 33,1% (9 (38,8%) və 10 (27,7%)), 50 mlrd. manatdan yuxararı 6 bank 41,5% (1 (18%) və 4 (30,6%)) pay ilə malik idi.

2006-cı ilin yanvarın 1-dən normativ tələb $5 mln.-dək artırılacaq və hazırda bunu 22 bank ümumi kapitalda cəmi payı 74,6% olmaqla yerinə yetirib.

Xəbər lenti

Xəbər lenti