...

İmişli su layihəsinin monitorinqi başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2005 16:01 (UTC +04:00)

Almaniyanın KfW yenidənqurma bankının eksperti, su təchizatı və səhiyyə sektorunun rəhbəri doktor Kurt fon Rabenao öz səfəri çərçivəsində İmişli su təchizatının yaxşılaşdırılması layihəsinin monitorinqini başa çatdırıb. Bankın Bakı nümayəndəliyinin rəhbəri Natiq Abdullayev eksklüziv olaraq Trend ə bildirib ki, layihə faktiki olaraq başa çatdırılıb, amma onun gerçəkləşdirilməsi zamanı bəzi çətinliklər aşkar edilib.

"Layihə əhalinin sutkalıq su təchizatının adambaşına 80 litrdən az olmayan həcmi ilə nəzərdə ttulub.Amma gecə vaxtlarında su tələbatının kəskin azalması hesabına su nəqli avadanlığının istifadəsinin məqsədəuyğunluğu üçün suyun gün ərzində 16-18 saat sutkalıq olaraq verilməsinin həyata keçirilməsi planlaşdırılır. Bu, "İmişli su kanalı"nda enerji təchizatındakı fasilələrlə bağlıdır. Bu, öz növbəsində "İmişli su kanalı"nın vahid EÖX ilə bağlı olduğu digər obyektlərlərdə enerji təchizatının kəsilməsi ilə bağlıdır. Hazırda həmin problemin həlli yolları axtarılır. Bayva enerjipaylayıcı şəbəkəsinin operatoru ilə konsensus variantına baxılır. Bunun nəticəsi "İmişli su kanalı"nın enerji təchizatının kəsilməməsi barədə qərar ola bilər, belə ki, bu, əhalinin su ilə təminatının mühüm obyektidir. Bundan başqa əlavə vəsait və bir sıra sənədlərin razılaşdırılması və imzalanmasını tələb edən digər variantlar da vardır. Bununla bağlı olaraq son variant daha cəlbedici deyil" -deyə N.Abdullayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti