...

Nəqliyyat Nazirliyində "Azərbaycanın nəqliyyat sektorunun inkişafı strategiyası" nın təqdimatı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2005 13:15 (UTC +04:00)
Nəqliyyat Nazirliyində "Azərbaycanın nəqliyyat sektorunun inkişafı strategiyası" nın təqdimatı keçirilib

Noyabrın 16-da Azərbaycanın Nəqliyyat Nazirliyində Asiya İnkişaf Bankı tərəfindən 350 min dollar qranla maliyyələşdirilən "Azərbaycanın nəqliyyat sektorunun inkişraf strategiyası"nın təqdimatı keçirilib. Bu barədə Trend agentliyi məlumat verib.

Tədbirdə nəqliyyat nazirinin müavini Musa Pənahov, ölkə üzrə direktor Metyu Vestfol, Britaniyanın Scot Wilson bankının eksperti Rupert Dayer, Npəqliyyat Nazirliyinin, Gömrük Komitəsinin, Azərbaycan Dövlət Nəqliyyat Nazirliyinin, Xəzər Dəniz Gəmiçiliyi, AZAL Dövlət Konserninin, TRACECA, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Bakı İcra Hakimiyyətinin, Bakı Şəhər Baş Polis İdarəsinin nümayəndələri iştirak edib.

M.Pənahovun sözlərinə görə, strategiya gələcək inkişaf perspektivlərini özündə əks etdirir və nəqliyyat sektorunun bütün növlərini əhatə edir. Sənəd Azərbaycan və beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanacaq. "Strategiyanın 6 aydan sonra başa çatdırılması nəzərdə tutulub. Strategiyanın hazırlanmasının nizamlanması üçün rəhbər kimitə yaradılıb ", - deyə M. Pənahov bildirib. Komitənin sədri nəqliyyat nazirinin müavini təyin edilib.

O bildirib ki, nəqliyyat sektorunda qanunvericiliyin təkmilləşdirilməsi zərurəti də mövcuddur. "Qanunvericilikdə bir sıra problemlər var.Biz SSRİ zamanı qəbul olunmuş qanunlardan istifadə edirik. Onlar müasir tələblərə cavab vermirlər ", - deyə M.Pənahov qeyd edib.

M.Pənahov Azərbaycanda daşınmaların dinamikasının artımı müşahidə edilir. 9 ay ərzində yük daşınmalarının həcmində artım 8,6 % və ya 6 miln ton, sərnişin daşınmalarında 4,4% təşkil edib.

Xəbər lenti

Xəbər lenti