...

Azərbaycanda bütün gömrük daxilolmalarının 66%-i ƏDV-nin payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2005 16:07 (UTC +04:00)

Azərbaycanda bütün gömrük daxilolmalarının 66%-i ƏDV-nin payına düşür. Maliyyə Nazirliyindən Trend ə bildirildiyi kimi, 2005-ci ilin üç rübünün yekunlarına görə, ƏDV-nin payına daxilolmaların ümumi məbləğinin 66,16%-i və ya 882950 mln manat düşüb. Bu növ üzrə yığım planı 6,2% artıqlaması ilə yerinə yetirilib.

Yığımların həcminə görə ikinci yerdə gömrük rüsumlarıdır. Onların payına 374208 mln manat və ya bütün gömrük daxilolmalarının 28,04%-i düşüb. Bu növ üzrə yığım planı 5,7% artıqlaması ilə yerinə yetirilib.

Aksizlərin payına 5,42% və ya 72365 mln manat düşür. Yığım planı 46% artıqlaması ilə yerinə yetirilib.

Büdcəyə yol vergisindən 5069 mln manat (0,38%) daxil edilib. Proqnoz planı 19,4% artıqlaması ilə yerinə yetirilib.

Bütövlükdə Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 1334592 mln manat və ya proqnoz göstəricisinin 107,7%-i daxil olub.

Xəbər lenti

Xəbər lenti