...

Bank sektorunun bütün aktivlərinin 53%-i Azərbaycanın Beynəlxalq Bankında cəmləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2005 16:13 (UTC +04:00)

Azərbaycanın bank sektorunun bütün aktivlərinin 52,61%-i ölkənin bir bankında cəmləşdirilib. Azərbaycanın Milli Bankından Trend ə verilən məlumata görə, bu bankın payına 5536,2151 milrd manat düşür.

Hazırda .lkənin nisbətən ən böyük bankı Azərbaycan Beynəlxalq Bankıdır. Bu iri bank həmçinin, kreditləşmənin ümumi həcmində 45,592% (2480,901 milrd manat), hüquqi şəxslərin cəlb edilməsində 77,84% (3475,226 milrd manat), fiziki şəxslər üzrə 37,22% (785,432 milrd manat) paya malikdir.

2-dən 5-ci yerə malik olan banklar aktivlərdə 14,97% (1575,208 milrd manat), kreditləşdirmədə 14,43% (785,282 milrd manat), hüquqi şəxslərin cəlşb olunması üzrə 9,79% (437,146 milrd manat), fiziki şəxslər üçün 20,64% (435,472 milrd manat) paya malikdirlər.

Xəbər lenti

Xəbər lenti