...

Azərbaycanın xarici investisiyaları 10% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2005 16:20 (UTC +04:00)

İlkin məlumatlara əsasən, Azərbaycanın iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi üç rübün yekunlarına görə 10% artıb. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, 2005-ci il ərzində onların ümumi həcmi $3,3 mlrd manata çatıb. Maliyyə vəsaitlərinin 93,6%-i birbaşa investisiyalar, 6,4%-i isə kreditlər kimi ayrılıb.

Keçən ilin eyni dövrü ilə muqayisədə neft-qaz sektoruna xarici investisiyalar 4,4%, qeyri-neft sektoruna birgə və xarici maliyyə vəsaitləri 36,2% artıb.

Qeyri-neft sektorunda istifadə edilmiş maliyyə vəsaitinin 66,8%-i sənaye, 14,2%-i ticarət və xidmətlər, 12,7%-i inşaat, 3%-i isə nəqliyyat sektorunun payına düşüb.

Xəbər lenti

Xəbər lenti