...

Azərbaycan toxumluq kənd təsərrüfatı bitkilərinin alınması üzrə beynəlxalq konfransda iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2005 16:27 (UTC +04:00)

Azərbaycan mütəxəssisləri Antalyada keçiriləcək toxumluq kənd təsərrüfatı bitkilərinin alınması üzrə bekynəlxalq konfransda işitrak edəcəklər. Kənd təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfdən Kənd Təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzinqin başçısı Əsəd Musayev iştirak edəcək.

Konfransın təşkilatçıları Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi və Quraqlıq ərazilərdə kənd təsərrüfatı tədqiqatlarının Beynəlxalq Mərkəzi ICARDA (International Center for Agricultural Reseach in the Dry Areas)dir.

Nazirlikdən qeyd ediblər ki, kofrans noyabrın 29-dan dekabrın 1-ə kimi keçiriləcək.

Azərbaycan artıq bir neçə müddətdən bəri əməkdaşlıq təcrübəsin malik olduğu ICARDA təşkilatı tərəfindən dəvət olunub.

Forumun işində dünyanın bir sıra ölkələrindən gəlmiş aqrar sahə üzrə sahibkarlar və mütəxəssislərin gələcəyi gözlənilir.

Tədbirdə müzakirə olunacaq məsələlərə gəldikdə, Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, bu məsələlər müxtəlif ölkələr arasında toxum ticarəti sahəsində əməkdaşlığın inkişafı, eləcə də qanunsuz ticarətin qarşısının alınması, müəllif hüquqlarının müdafiəsi və djigər məsələlərdir.

Xəbər lenti

Xəbər lenti