...

AR kənd təsərrüfatı nazirliyi kənd təsərrüfatı araşdırmaları sisteminin təkmilləşdirilməsi layihəsini hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2005 17:27 (UTC +04:00)

Kənd təsərrüfatı nazirliyi tərəfindən kənd təsərrüfatı araşdırmaları sisteminin təkmilləşdirilməsi layihəsi hazırlanıb. K/T nazirliyinin elmi aqrar mərkəzində Trend ə bildirilib ki, layihə Dünya bankının kənd təsərrüfatının inkişafı Beynəlxalq Fondu (IFAD) ilə birgə maliyyələşdirdiyi "Azərbaycan k/t-nin inkişafı və kreditləşdirilməsi" layihəsi çərçivəsində hazırlanıb.

Azərbaycan ilə DB arasında həmin layihənin gerçəkləşdirilməsinə dair saziş 1999-cu ildə imzalanıb. Gerçəkləşdirmə 2002-ci ilin II rübündə başlayıb. İlkin mərhələyə $33,6 mln.ayrılıb. Layihənin dəyəri 10 il müddətinə $100 mln.olaraq qiymətləndirilir.

Layihə fermerlərin daşınmaz əmlakının qeydiyyatı, torpaqların qeydiyyatı və fermer təsərrüfatlarının kreditləşdirilməsi üzrə regional idarəetmənin yaradılmasını nəzərdə tutur. Layihənin birinci mərhələsi başa çatıb və dövlət qurumunda alınmış məlumatlara əsasən, 5 il müddətinə II mərhələnin əsas komponenti Azərbaycanın k/t araşdırmaları sistemində islahatlar keçirilməsidir.

K/t nazirliyində qeyd olunub ki, nazirliyin hazırladığı layihəyə 5 institut - əkinçilik, tərəvəzçilik, üzümçülük, bağçılıq və subtropik bitkilər, eləcə də yemçilik institutları daxildir.

Bu günlərdə həmin institutlarınmütəxəssislərinin qatıldığı Azərbaycan nümayəndə heyəti həmin sahədə həyata keçirilən islahatlarla tanış olmaq üçün Macarıstanda olub. Nümayəndə heyəti ölkənin 6 şəhərində tədris strukturları, tədqiqat institutlarında olub.

"Layihə çərçivəsində həmçinin noyabrın sonunda Dünya bankı missiyasının Bakıya səfəri gözlənilir" -deyə mərkəzdə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti