...

Budapeştdə Azərbaycan-Macarıstan biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2005 12:28 (UTC +04:00)

Noyabrın 22-də Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan-Macarıstan biznes-forumu keçiriləcək. İxracın təşviqi və investisiya Fondunun rəhbəri Emil Məcidovun Trend ə verdiyi məlumata görə, Azərbaycandan nümayəndə heyətinə iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov rəhbərlik edəcək.

"Noyabrın 21-də Budapeştə Azərbaycanın iqtisadiyyat sektorunun kimya, kənd təsərrüfatı, turizm, istehsalat, neft emalı kimi sahələrinin biznes strukturlarının 15 nümayəndəsi yola düşəcək. Macarıstan tərəfdən forumda 45 sahibkarın iştirakı planlaşdırılıb ", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti