...

İlk dəfə olaraq ölkədə 1 milyon tondan çox kartof istehsal olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2005 15:48 (UTC +04:00)

Noyabrın əvvəlinə sahələrdən 1 milyon 059 min 500 ton kartof yığılıb. Bu barədə Trend xəbər agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məlumata görə, bu, indiyədək həmin sahədə əldə edilən ən yüksək göstəricidir. Kartof istehsalındakı artım əsasən ölkədə kartof əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunub. Bu mövsümdə kartof yığımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% artıb. Artıq kartof əkini sahələrində yığım demək olar ki, başa çatıb. Məhsuldarlıq hər hektardan 149 sentner təşkil edib. Ümumilikdə bu mövsümdə 70,6 min hektar (ötən il 65,7 min hektar) sahədə kartof əkilmişdir. Bu isə kənd təsərrüfatında ümumi əkin sahəsinin 13,5%-i deməkdir.

Qeyd edək ki, Azərbaycan kartof ixracına 2004-cü ildən başlayıb. Belə ki, həmin il ölkədə kartof istehsalı əvvəlki illə müqayisədə 21% artaraq 930,1min tona çatmışdı.

Xəbər lenti

Xəbər lenti