...

Azərbaycanda çay istehsalı aşağı düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2005 15:55 (UTC +04:00)

Bu il Azərbaycanda çay istehsalı aşağı düşüb. Kənd Təsərrüfatı Nazirliyindən Trend xəbər agentliyinə verilən məlumata görə, noyabrın əvvəlinə ölkədəki çay plantasiyalarından 700 ton yaşıl çay yarpağı yığılıb. Bu isə ötən ilin müvafiq dövrünə olan göstəricidən 200 ton azdır. Bu mövsümdə plantasiyalarda məhsuldarlıq da aşağı düşüb. Belə ki, əgər ötən il hər hektardan 2,7 sentner məhsul toplanmışdısa, cari ildə bu göstərici 1,8 sentner təşkil edib. Məhsul yığımının aşağı düşməsinə əsasən havaların quraq keçməsi və havanın nisbi rütubətinin normadan aşağı olması təsir göstərib. Mayın ortalarından başlanan yaşıl çay yarpağı yığımı prosesi artıq başa çatıb.

Qeyd edək ki, hazırda ölkədə 3600 hektar sahədə çay plantasiyaları mövcuddur. Bunun 1900 hektarı Lənkəranın, 1350 hektarı Astaranın, 200 hektarı Masallının, yerdə qalan sahələr isə Lerik və Zaqatalanın payına düşür. Hazırda ölkədə 16 çay fabriki fəaliyyət göstərir ki, bunların da 14-ü çayın ilkin emalı (ümumilikdə illik istehsal gücü 38 min ton), 2-si isə çayların qablaşdırılması ilə məşğul olur. Yaşıl çay yarpağı istehsalı ilə məşğul olan ayrı-ayrı fermerlər yığdıqları məhsulları satmaq üçün bu çay fabrikləri ilə müqavilə bağlayırlar.

Xatırladaq ki, 1988-ci ildə ölkədə 13,4 min hektar sahədə çay plantasiyaları mövcud olmuşdur ki, bu sahələrdən də 34 min ton yaşıl çay yarpağı (8,6 min ton quru çay) məhsulu toplanmışdır.

Xəbər lenti

Xəbər lenti