...

Avropa Birliyi Azərbaycanda standartlaşdırma ilə bağlı məsələləri tənzimləyən qanun layihəsi üzrə rəy hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2005 17:10 (UTC +04:00)

Avropa Birliyinin tərəfdaşlıq və əməkdaşlığa dair sazişinin layihə eksperti standartlaşdırma məsələsini tənzimləyən qanun layihəsi üzrə rəy hazırlayıb. Tacis Əlaqələndirmə Bürosunun icraçı direktoru Əsgər Ələkbərovun Trend ə eksklüziv olaraq bildirdiyi kimi, ekspertin rəyində əsaslı dəyişikliklərə dair təkliflər əks olunmayıb, layihə lazımi səviyyədə hazırlanıb.

AB əvvəllər də bu qanunun 2005-ci ildə qəbul olunmasını tövsiyə edirdi.

Dövlət Standartlaşdırma və Metrologiya Agentliyinin baş direktoru Xalidə Mehrəliyevanın sözlərinə görə, qanunun qəbul olunmasının gecikdirilməsi təşkilatın məsələləri ilə bağlı müxtəlif fikirlərin olması və nəzarətin həyata keçirilməsi ilə əlaqədardır. "Qanun layihəsi hazırlanır və ikinci və üçüncü dəfə oxunmaq üçün Milli Məclisə təqdim ediləcək. Birinci oxunuş artıq başa çatıb", - deyə o qeyd edib.

ÜTT-nin "Texniki tənzimləmə və standartlaşdırma" qanun layihəsində Azərbaycana sertifikasiya və standartlaşdırma məsələlərini texniki cəhətdən tənzimləmək, könüllü standartların sayını artırmaq tövsiyə edilir. Hazırda ölkədə standartların 80%-i icbaridir.

Avropa Birliyinin Tacis proqramı Azərbaycana və AB ölkələrinə Azərbaycanla AB arasında bəzi normativ aktları, xüsusilə keyfiyyət standartlarını qəbul etməyi tövsiyə edir. Keyfiyyət standartlarının qarşılıqlı qəbul olunması nəticəsində ölkələr arasında əməkdaşlığın səmərəliliyinin artacağı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti