...

Azərbaycan prezidenti NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2005 17:17 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 18-də NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simonsu qəbul edib. Trend in məlumatına görə, danışıqların gedişində R. Simons bildirib ki, Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyiin (ANAMA) reallaşdırdığı "Saloğlu" layihəsinin təqdimat mərasimində iştirak etdiyini bildirib.

NATO baş katibinin xüsusi nümaynədəsinin sözlərinə görə, ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsinə ən yaxın zamanlarda başlanacağını və bu layihənin NATO ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını qeyd edib.

"Fərdi əməkdaşlığın fəaliyyət planının reallaşdırılması üzrə komissiyaların iclası məndə güclü təəssüraat yaratdı. Ümid edirəm ki, ikitərəfli əlaqələr bundan sonra da inkişaf edəcək", -deyə R. Simons qeyd edib ki, bu planın hələ 2004-cü ilin iyununda qəbul edilməsinə baxmayaraq, Azərbaycan irəliyə doğru mühüm addımlar atıb.

Azərbaycan dövlətinin başçısı da layihənin əhəmiyyətinə xüsusi qeyd edib və Azərbaycanla NATO arasında Fərdi əməkdaşlıq Planının həyata keçirilməsi üçün atılan uğurlu addımlardan bəhs edib. İlham Əliyev Bakı ilə Şimali Atlantika Alyansı arasında əməkdaşlığını bundan sonra da durmadan inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti