...

Azərbaycanda "Sahibkarlıq subyektləri əməkdaşlarının ISO və onun standartları məsələləri üzrə maarifləndirilməsi" mövzusunda seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2005 17:38 (UTC +04:00)

Noyabrın 18-də Azərbaycan Sahibkarları (İşverənləri) təşkilatı Milli Konferedasiyası Türkiyə Nazirlər Kabineti yanında beynəlxalq əməkdaşlıq və inkişaf üzrə Türkiyə təşkilatı (TİKA) və Türkiyə Standartlar İnstitutu (TSE) ilə birgə "Sahibkarlıq subyektləri əməkdaşlarının ISO və onun standartları məsələləri üzrə maarifləndirilməsi" mövzusunda seminar keçirib. Bu barədə Trend məlumat verib.

Tədbirdə Azərbaycanın Sahibkarlar (işverənlər) təşkilatı Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov, Türkiyənin Standartlar İnstitutunun prezidenti Kənan Mələtoğlu, Azərbaycanın standartlaşdırma və metrologiya üzrə Dövlət Agentliyinin baş direktoru Xalid Məsimov, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, biznesmenlər və digərləri iştirak ediblər.

Ə.Məmmədov bildirib ki, reallaşdırılan layihənin əsas məqsədi beynəlxalq standartlara cavab verən ixrac yönlü mallar istehsal edən müəssisələrin təşkili, sorğunun keyfiyyətdən asılılığı prinsipini təmin etmək üçün istehsal olunan məhsulların keyfiyyətinin artırılması və s.-dir.

K.Mələtoğlu bildirib ki, TSE Azərbaycanla sıx əməkdaşlıq edir. 1997-ci ildən ölkədə institutun nümayənrdəliyi fəaliyyət göstərir. "Bizim məqsədimiz Azərbaycanla Türkiyə arasında yüksək keyfiyyətli məhsulların ticarətini təşkil etməkdir. TSE Azərbaycana standartlaşma istiqamətində elmi və texniki yardım göstərir ".

Xəbər lenti

Xəbər lenti