...

3 rübdə Azərbaycanın ticarət balansında kəsir $720,266 milyon təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2005 18:02 (UTC +04:00)

2005-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində kəsir 2004-cü ildəki $109982,7 min profisitə qarşı və 2005-ci ilin birinci yarımilindəki $783167,1 min kəsirə qarşı $720266,2 min təşkil edib. Bu barədə Trend ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2002-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo $502,1 milyona, 2003-cü ildə $34246,3 minə bərabər olub ki, 2005-ci ilin yekunları üzrə profisitin $886,6 milyona bərabər olacağı gözlənilir.

Yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $5718461,2 min təşkil edib ki, bu da 2004-cü ilin 9 ayının göstəricilərindən 21,5% yüksəkdir və 2005-ci ilin hesablanmış proqnozlarına görə 64,349% ($8886,6 miln) müvafiqdir. 9 ay ərzində idxalın həcmi $3219363,7 min olub ki, bu da 2004-cü ilin yanvar-sentyabr göstəricisindən 27,7% yüksəkdir və 2005-ci ilin proqnozlarına 82,208% ($3916,1 miln) bərabərdir. İxracın həcmi $2499097,5 min təşkil edib ki, bu da 2004-cü ilin yanvar-sentyabr göstəricilərindən 14,4% çoxdur və 2005-ci ilin proqnozlarına 65,88% ($4886,6 milrd) müvafiqdir.

Xəbər lenti

Xəbər lenti