...

Tikinti işlərinin həcmində artım 37 % təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2005 18:45 (UTC +04:00)

2005-ci ilin yanvar -oktyabr aylarında Azərbaycanda ümumi məbləği 6336,4 milrd manat olan tikinti işləri həyata keçirilib ki, bu da 2004-cü ilin analoji dövründəkindən 37 % çoxdur. Trend in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, tikinti sektorunda göstərilən xidmətin ümumi həcmindən dövlət müəssisələri 1486,8 milrd manatlıq (23,5%) , özəl müəssisələr isə 4849,6 milrd manatlıq (76,5%) iş həyata keçiriblər.

Tikinti işlərinin ümumi həcmindən 83,2% və ya 5275 mlrd manat yeni, bərpa olunmuş və genişləndirilmiş tikintilərin payına, 10,4% və ya 657 milrd manat əsaslı təmir işlərinin, 3,1% və ya 195,6 milrd manat cari təmir işlərinin, 3,3% və ya 208,8 milrd manat isə digər tikinti işlərinin payına düşür.

Xəbər lenti

Xəbər lenti