...

Azərbaycanda daşımaların həcmi 8,2% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2005 12:21 (UTC +04:00)

2005-ci ilin 10 ayı ərzində Azərbaycanda daşımaların həcmi 103,6 mln. ton müxtəlif yük təşkil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayiəsdə 8,2% çoxdur.AR nəqliyat nazirliyində Trend ə bildirilib ki, daşımaların əsas hissəsi avtomobil nəqliyyatının payına düşür.Nəqliyyatın bu növü ilə 56,1 mln. ton yük daşınıb ki, bu da 2004-cü iltin analoji dövrü ilə müqayiəsədə 6,6% çoxdur. Həmçinin sərnişindaşımanın həcmi 4,5% artırılaraq 700,7 mln. nəfər təşkil edib.

Nazirltikdə həm də qeyd olunub ki, dəniz nəqliyyatı ilə 11,2 mln. ton yük daşınıb ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 0,5% azdır. Bu həcmdən 72,8% neft və neft məhsullarının, 27,2% isə quru yüklərin payına düşür.

Dəmir yolu nəqliyyatı ilə daşımaların həcmi 21 mln. ton təşkil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 23,6% çoxdur. Daşımaların qalan hissəsi hava nəqliyyatı, macistral neft boru kəmərləri və nəqliyyatın digər növlərinin payına düşür.

Xəbər lenti

Xəbər lenti