...

Azərbaycanın kənd təsərrüfatı naziri İtaliyaya gedib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2005 12:43 (UTC +04:00)

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov İtaliyaya səfər edib. Nazirlikdə Trend ə bildirilib ki, səfərin məqsədi BMT Qida və K/T Təşkilatının (Food and Agriculture Organization of the United Nations FAO Conference) 33-cü sessiyasında iştirak etməkdir. Tədbir noyabrın 19-dan 26-dək İtaliyada keçiriləcək.

FAO- BMT-nin 1945-ci il oktyabrın 16-da təsis edilmiş ilk ixtisaslaşdırılmış qurumudur, üzvlərinin sayı 150-dir. Təşkilatın məqsədi k/t sahəsində, qida məhsullarının, meşə və balıq emalı sənayesi mallarının istehsalı sahəsində texniki yardımın təmin edilməsidir. FAO-nun mənzil-qərargahı Romada yerləşir. Konfransın iclasında nazir tərəfindən Azərbaycanın təşkilatın tam hüquqlu üzvü kimi səs hüququnun bərpası məsələsi xüsusilə vurğulanacaq. Azərbaycan 1995-ci ilin oktyabrından FAO-nun üzvüdür. Amma bəzi vaxtlarda üzvlük haqqının ödənmədiyi üçün təşkilat Azərbaycanın səs hüququnun ləğv edilməsi barədə tədbir görüb. 2004-cü ildə Azərbaycanın FAO-ya borclarını qaytarması barədə rəsmən bildirməsinə baxmayaraq ölkənin səs hüququnun bərpa edilməsi məsələsi hələ də açıq qalır.

İ.Abbasov öz çıxışında təşkilat qarşısında bu məsələni qeyd etmək, həmçinin Bakıda FAO-nun təşkilatın rəhbəri Jak Dyufun Azərbaycana səfəri zamanı haqqında qərar qəbul edilmiş nümayəndəliyinin açılması, eləcə də birgə layihələrin artırılması çərçivəsində FAO ilə əməkdaşlığın genişləndirilməsi kimi məsələləri qeyd etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti