...

Azərbaycan Respublikasının "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunu qüvvəyə minib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2005 14:07 (UTC +04:00)

Azərbaycan Respublikasının "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunu qüvvəyə minib. Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qanuna müvafiq fərman imzalanıb.

Fərmanın mətnində qeyd olunur ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun tətbiq edilməsi məqsədilə respublikanın Nazirlər Kabinetinə iki ay müddət ərzində müvafiq olaraq adıçəkilən qanunun qüvvədə olan qanunvericilik aktlarına uyğunlaşdırılması barədə təkliflərinin hazırlanması və prezidentə təqdim olunması; həmin qanunla normativ-hüquqi aktların uyğunlaşdırılmasının təmin edilməsi, "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktı layihəsinin hazırlanması tapşırılıb.

Həmçinin hökumətə hər il yaşama minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə tələbat meyarlarının həddinə dair təklifləri dövlət büdcəsi layihəsi ilə birgə dövlət başçısına təqdim edilməsi, sosial yardımın alınması, onun təyinatı, təqdim olunması və təqdim olunarkən imtina üçün müraciət qaydalarının müəyyən və təsdiq olunması və bu barədə prezidentə məlumat verilməsi tapşırılıb.

Eləcə də ailələrin orta aylıq gəlirinin müəyyən edilməsi və təsdiq edilməsi, bu barədə prezidentə məlumat verilməsi; öz səlahiyyəti daxilində "Ünvanlı dövlət sosial yardımı haqqında" qanundan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

Fərmanla müəyyən edilir ki, "icra hakimiyyətinin müvafiq orqanının" nəzərdə tutulmuş səlahiyyətlərini AR Nazirlər Kabineti həyata keçirir, "icra hakimiyyətinin müvafiq orqanının" səlahiyyətlərini isə AR əmək və əhalinin sosial müdafiəsi Nazirliyinin Baş məşğulluq idarəsi həyata keçirir. Eyni zamanda "icra hakimiyyətinin müvafiq orqanının" səlahiyyətləri AR əmək və əhalinin sosial müdafiəsi Nazirliyinin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri həyata keçirəcək.

Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna aztəminatlı ailələr, ailə üzvlərinin sayına görə orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən tələbat meyarlarından aşağı olan ailələr malikdir.

Sosial yardımın əsas prinsiplərinə ünvanlılıq, ədalətlilik və bərabərlik aiddir. Sosial yardım dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilir.

Sosial yardım istənilən ayın 1-dən 6 ay müddətinə onun alınması üçün müraciətlə həmin ayın 15-dək və növbəti ayın 1-dən müraciətlə ötən ayın 15-dən sonra təyin edilir.

Az təminatlı ailələr sosial yardımın alınması üçün təkrar müraciət hüququndan istifadə edir.

Xəbər lenti

Xəbər lenti