...

İlin sonuna kimi Qazax- Gürcüstan sərhəddi magistral yolunun yenidən qiymətləndirilməsi başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2005 15:13 (UTC +04:00)

İlin sonuna kimi Qazax-Gürcüstan sərhəddi magistral yolunun yenidən qiymətləndirilməsi başa çatdırılacaq. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib. Bu işlərin baş çatdırılmasından sonra yolların rekonstruksiyası üçün tələb olunan investisiyanın həcmi məlum olacaq. Hazırda Azərbaycan hökuməti Asiya İnkişaf Bankı (AİB) ilə avtotrasın qərb istiqamətindəki hissəsinin rekonstruksiya layihəsinin reallaşdhırılması üzrə danışıqlar aparır. Danışıqlar Yevlax-Cəncə və Qazax-Gürcüstan sərhəddi trassı hissələrinin maliyyələşdirilməsinə də aiddir. Bu layihə üzrə bütün əsas məsələlər artıq həll olunub və yaxın vaxtlarda müvafiq müqavilənin imzalanacağı gözlənilir. Hər iki hissədə maliyyələşmənin ümumi məbləği $52 miln təşkil edir ki, onun reallaşdırılması vahid kredit razılaşması ilə nizamlanacaq. Bu zaman Qazax-Cürcüstan sərhəddi hissəsində AİB vahid donor olacaq, Yevlax-Cəncə hissəsində isə maliyyələşdirmədə iştirak edəcək.

Yolun ümumi uzunluğu 520 km-dir,layihənin ümumi dəyəri isə $300 milyondur. Bu zamana yolun Bakı-Ələt hissəsi 2001-ci ildən hökumətin vəsaiti (16 milyon dollar) hesabına yenidən qurulub və yolun Ələğ Hacıqabul hissəsində işlər də həmçinin, İslam İnkişaf Bankının və Küveyt Fondunun ayırdığı 36 milyon dollar maliyyə vəsaiti hesabına başa çatdırılıb. 2005-ci ilin mayından Hacıqabul-Kürdəmir hissəsində Avropa İnkişaf və Yenidənqurma Bankının ayırdığı 40 milyon dollar kreditin hesabına işlərə başlanılıb. Yolun Kürdəmir-Gürcüstan sərhəddi hissəsi İslam İnkişaf Bankının və Küvyet Fondunun vəsaiti hesabına təmir ediləcək.

Xəbər lenti

Xəbər lenti