...

Azərbaycanın baş naziri yenidən Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2005 12:45 (UTC +04:00)

Azərbaycan Dövlət neft fondu (ARDNF) ölkənin baş naziri, ARDNF-in Müşahidə Şurasının başçısı Artur Rəsizadənin sədrliyi ilə Müşahidə şurasının iclasını keçirib.ARDNF-də Trend ə bildirilib ki, iclasda baş nazir yenidən ARDNF-in Müşahidə şurasının sədri seçilib. İclasda fondun 2005-ci il büdcəsinə dəyişikliklər, 2006-cı il üçün büdcə layihəsi və fondun vəsaitlərinin idarə edilməsi siyasətinin təkmilləşdirilməsi kimi məsələlər müzakirə edilib. Xüsusilə iclasda ARDNF-in hesabına Bakı-Tbilisi-Ceyhan layihəsində Azərbaycanın payının tikintisinin maliyyələşdirilməsi üçün vəsaitin 100 mlrd. Manat həcmində artırılması məsələsi müzakirə edilib.

Şura həmçinin büdcə xərclərinin 105 mlrd. manatdan 205 mlrd.manatadək artırılması barədə fərman layihəsini Azərbaycan prezidentinə təqdim etməyi tövsiyə edib.

Şuranın nümayəndələri həmçinin 2006-cı ildə fondun gəlirlərinin 807842,6 min, xərclərin 954287,7 min, xüsusilə fondun idarə edilməsi ilə bağlı xərclərin 3976,7 min denominasiya edilmiş manat səviyyəsində planlaşdırıldığı barədə fondun icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatı dinləyib.

ARDNF-in 2006-cı il büdcə layihəsi, o cümlədən əsas istiqamətlərdə (investisiya siyasəti də daxil olmaqla) illik xərclərin smetası və fondun idarə edilməsi qənaətbəxş hesab edilib və təsdiq olunmaq üçün ölkə prezidentinə təqdim edilməsi tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti