...

İlin sonunadək TRACECA dəhlizi ilə konteyner qatarının təqdimat üçün buraxılması nəzərdə tutulur

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2005 14:06 (UTC +04:00)

İlin sonunadək Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi üçün konteyner qatarının təqdimat üçün buraxılması nəzərdə tutulur.Bu barədə Trend ə TRACECA Hökumətlərarası komissiyada Azərbaycanın milli katibi Akif Mustafayev bildirib.

Onun sözlərinə görə, qatarın buraxılması məsələsi Tbilisidə TRACECA-ya əlavə konteyner yüklərinin cəlb edilməsi üçün yaradılmış və AR nəqliyyat, Gürcüstan iqtisadi inkişaf və Qazaxıstan nəqliyyat və kommunikasiya nazirlikləri nümayəndələrinin daxil olduğu əlaqələndirici qrupun iclasında müzakirə edilib. İlkin mərhələdə 28 vaqondan ibarət konteyner qatarının buraxılması 2006-cı ildən başlayaraq TRASEKA ilə yük daşımalarını xeyli artıracaq reklam aksiyası olacaq. Oktyabrın sonunda Aktau limanında TRASEKA-nın inkişafı çərçivəsində yükdaşımalarının artırılması üçün keçirilən işgüzar müşavirədə Azərbaycan, Gürcüstan və Qazaxıstan TRACECA ilə konteyner yüklərinin daşınmasında eyni tariflərin tətbiqinə dair razılığa gəlib. 1 ton/km yükün daşınması üçün tarif $0,022 təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti