...

Dünya bankı kənd təsərrüfatının inkişafı və maliyyələşməsi layihəsinin işlənib-hazırlanmasına və qiymətləndirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2005 15:58 (UTC +04:00)

Dünya bankı kənd təsərrüfatının inkişafı və maliyyələşməsi layihəsinin işlənib-hazırlanmasına və qiymətləndirilməsinə başlayıb. Dünya bankının Bakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, bu layihə artıq mövcud Kənd investisiyaları ($33,6 mln) layihəsinin ikinci fazası olacaq.

2006-2009-cu illərdə CAS çərçivəsində həyata keçirilməli olan yeni layihənin komponentlərinin müəyyən edilməsi və qiymətləndirilməsi məqsədilə bankın eksperti Frauke Yunqblut Bakıya gəlib.

Onun rəhbərlik etdiyi missiya ötən gün öz işinə başlayıb və dekabrın 2-nə kimi Bakıda olacaq.

Xəbər lenti

Xəbər lenti