...

Dövlət Baytarlıq Xidməti "quş qripi"nə qarşı mübarizəni davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2005 13:34 (UTC +04:00)

Kənd təsərrüatı yanında Dövlət Baytarlıq Xidməti "quş qripi"nə qarşı mübarizəni davam etdirir. Trend bildirir ki, xidmətin noyabrın 23-də yaydığı məlumatda bu barədə deyilir.

Məlumatda qeyd olunur ki, indiyədək baytarlıq xidməti, ekologiya və təbii sərvtələr, eləcə də səhiyyə nazirlikləri və Azərbaycan ovçular Cəmiyyəti mütəxəssislərinin iştirakı ilə üç kompleks monitorinq keçirilib.Sonuncu monitorinq noyabrın 8-dən 20-dək respublikanın park və qoruqlarında keçirilib.

Sonuncu tədbir zamanı 1200-dən çox quşun qan təhlili Baytarlıq Xidmətinin laboratoriyalarında araşdırma üçün təqdim olunub.Ötən monitorinqlər kimi son monitorinq də bu xəstəliyin əlamətlərini göstərməyib.

Məlumatda vurğulanır ki, hazırda təhlükəsizlik üzrə bütün tədbirlər həyata keçirilir.Ölkənin sərhədləri gücləndirilmiş nəzarət rejiminə keçib, "quş qripi"nin yayıldığı ölkələrdən quş məhsullarının gətirilməsi və aparılmasına qadağa qoyulub və s.

Xəbər lenti

Xəbər lenti