...

Azərbaycan, Gürcüstan və Qazaxıstan nəqliyyat idarələrinin nümayəndələri Tbilisidə görüşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2005 13:58 (UTC +04:00)

Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi layihəsi çərçivəsində ekspertlərin növbəti görüşü dekabrın 5-6-da Tbilisidə planlaşdırılıb. Bu barədə Trend ə Azərbaycan Dövlət dəmir yolu idarəsində (ADDY) bildirilib.

Tədbirin məqsədi layihə çərçivəsində konteyner qatarının təqdimat üçün buraxılması üzrə sonuncu müzakirələrin aparılmasıdır.Tədbirdə Azərbaycan, Gürcüstan və Qazaxıstan nəqliyyat idarələrinin nümayəndələri iştirak edəcək.

İlkin mərhələdə 28 vaqondan ibarət konteyner qatarının buraxılması 2006-cı ildən TRACECA ilə yük daşımalarını xeyli artıracaq reklam aksiyası olacaq.

Oktyabrın sonunda Aktau limanında TRACECA-nın inkişafı çərçivəsində yükdaşımalarının artırılması üçün keçirilən işgüzar müşavirədə Azərbaycan, Gürcüstan və Qazaxıstan TRACECA ilə konteyner yüklərinin daşınmasında eyni tariflərin tətbiqinə dair razılığa gəlib. 1 ton/km yükün daşınması üçün tarif $0,022 təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti