...

Noyabrın sonunda Aqrolizinq ASC Şəkidə baza açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2005 14:28 (UTC +04:00)

Aqrolizinq ASC-nin Şəkidə növbəti bazasının açılışı gələn həftəyə planlaşdırılıb. ASC-nin regionlarla iş və lizinq ayihələrinin inkişafı şöbəsinin müdiri Bəşir Xəlilov Trend ə bildirib ki, açılışda kənd təsərrüfatı naziri İsmət Abbasov, müəssisənin rəhbəri Tariyel Rəsulov, Şəki İcra hakimiyyətinin nümayəndələri və digər şəxslərin iştirakı planlaşdırılır.

Baza Cəfərabad kəndində yerləşir və hazırda bazada fermerlərə verilməsi üçün 70-dən çox k/t texnikası vahidi vardır.

Aqrolizinq ASC tərəfindən 92 mlrd. manat məbləğində 1 min k/t texnikası alınıb və artıq 70%-i Bakıya gətirilib.

ASC nümayəndəsi həm də bildirib ki, indiyədək Bakıdakı müəssisənin mərkəzi bazası üçün yerin müəyyən edilməsi məsələsi açıq qalır.

Bu bazalar vasitəsilə lizinq yolu ilə k/t texnikasının icarəyə verilməsi, həmin istiqamətdə istehlakçılara texniki xidmət göstərilməsi təmin ediləcək.

Eyni zamanda ASC rəhbəri vurğulayıb ki, bu günlərdə 23 mlrd. manat məbləğində təxminən 25 ton həcmində alınmış gübrə də bu bazalar arasında bölüşdürüləcək.

Xəbər lenti

Xəbər lenti