...

Maliyyə Nazirliyi qısamüddətli istiqrazların təkrar yerləşdirilməsi üzrə hərrac keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2005 14:37 (UTC +04:00)

Azərbaycanın Maliyyə Nazirliyi Dövlət Qısamüddətli İstiqrazların (DQİ) təkrar yerləşdirilməsi üzrə hərracını keçirib. Bakı Fond Birjasından Trend ə verilən məlumata görə, hərrac 10601508S dövlət qeydiyyat nömrəsi altında DQİ-ın təkrar yerləşdirilməsi üzrə keçirilib.

Hərracın 2 iştirakçısı tərəfindən verilən ərizələr 11 172 000 000 manat (denominasiya olunmuş manatla 2 234 400) təşkil edib. Kəsmə qiymət Maliyyə Nazirliyi tərəfindən 97,71% (gəlirlilik - 12.39%) müəyyən edilib və 11 172 000 000 manatlıq (denominasiya olunmuş manatla 2 234 400) ərizə təmin edilib. Hərracın yekunlarına görə, orta yuxarı qiymət nominal üzrə 97,71% (gəlirlilik - 12.39%) təşkil edib.

DQİ-nın ödənmə tarixi 30 yanvar 2006-cı ildir.

Xəbər lenti

Xəbər lenti