...

TRACECA milli katiblərinin növbəti görüşü fevralın ilk ongünlüyündə Buxarestdə keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2005 17:47 (UTC +04:00)

TRACECA Hökumətlərarası komissiyası milli katiblərinin növbəti görüşü 2006-cı ilin fevralın ilk ongünlüyündə Buxarestdə keçiriləcək. Azərbaycanın TRACECA Hökumətlərarası komissiyasında milli katibi Akif Mustafayev Trend ə bildirib ki, bu qərar TRACECA milli katibləri və hüquqşünaslarının Kiyev iclasının yekunlarına əsasən qəbul edilib.

Kiyevdə TRACECA Hökumətlərarası komissiyasının 2015-ci ilədək olan strategiyası müzakirə edilib.12 üzv ölkə təklif və rəylərini təqdim edibÖ bundan sonra sənədin ilkin variantı qəbul edilib. A.Mustafayev qeyd edib ki, Buxarestdəki görüşədək sənəd hər bir ölkədə dövlətdaxili proseduradan keçməlidir. Strategiyanın TRACECA-nın Sofiyada keçiriləcək 5-ci iclasında müzakirəyə təqdim edilməsi üçün Buxarestdə son müzakirə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti