...

Beynəlxalq Maliyyə Korporasiyası AG Leasing, Unileasing və Bank of Baku-ya texniki yardım göstərilməsi barədə memorandum imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2005 17:51 (UTC +04:00)

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Mərkəzi Asiyada və Azərbaycanda lizinqin inkişafının maliyyələşdirilməsi proqramı (Central Asia Lease Facility Programme)çərçivəsində öz azərbaycanlı həmkarlarını müəyyənləşdirib.

Azərbaycanın lizinqin inkişafı layihəsindən (ALDP) verilən məlumata görə, layihənin meneceri Qreq Bellin Bakıya səfəri çərçivəsində AG Leasing və UniLeasing şirkətləri, eləcə də Bank of Baku ilə texniki yardım barədə memorandum imzalanıb.

"Memorandum bu təşkilatların inkişafına texniki yardımı detalları təklif olunur. Onun nəticələri üzrə korporasiyanın onların əməliyyatlarını kreditləşdirmək imkanları öyrəniləcək ", - deyə ALDP-dən bildirilib.

Layihədə məqsəd yerli lizinq şirkətlərini beynəlxalq standartlar səviyyəsinə çatdırmaq, bundan sonra onların şirkət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Hər bir şirkətin maliyyələşdirilməsinin həcmi hələ konkretləşdirilməyib, lakin layihənin büdcəsindən 4 ölkə (Azərbaycan, Qırğızıstan, Özbəkistan və Qazaxıstan) üçün $30 miln ayrılıb.

Xəbər lenti

Xəbər lenti