...

Sumqayıtda Azərbaycanın regionlarında lizinq təbliğatı üzrə seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2005 18:52 (UTC +04:00)

Noyabrın 23-də Sumqayıtda Azərbaycanın lizinq şirkətlərinin Assossiasiyasının ölkənin regionlarında lizinq təbliğatına həsr olunmuş seminarı keçirilib. Bu barədə Trend ə Assossiasiyanın İdarə Heyətinin sədri Ceyhun Məmmədbəyli məlumat verib.

Onun sözlərinə görə, tədbirdə Azərbaycanın lizinqin inkişafı layihəsi üzrə Beynəlxalq Maliyyə Korporasiyasının(ALDP) nümayəndələri, İqtisadi İnkişaf Nazirliyinin Abşeron regional inkişaf şöbəsi, AG Leasing, UniLeasing, Mugan Leasing, Ata Leasing NBS bank lizinq şirkətləri və 30-ay axın sahibkar iştirak edib.

" Bakıda sahibkarlarda lizinq barədə müəyyən bilgi mövcuddur, lakin regionlarda onların bu istiqamətdə heç bir məlumatı yoxdur. Bizim məqsədimiz sahibkarlara lizinq və lizinq xidmətləri barədə məlumatlar verməkdir. Tədbir çərçivəsində bih iştirakçıları assossiasiyanın fəaliyyəti və lizinq şirkətlərinin xidmətləri ilə tanış etmişik ",- deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti