...

Azərbaycanın şimal-şərq regionlarının inkişafı layihəsinin reallaşdırılması 2006-cı ilin əvvəllərinə planlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2005 19:04 (UTC +04:00)

Azərbaycanın şimal-şərq regionlarının inkişafı layihəsinin reallaşdırılması 2006-cı ilin 1-ci rübünə planlaşdırılıb. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı kreditləri Agentliyinin baş direktoru Razim Vəliyev məlumat verib.

Onun sözlərinə görə, 15 mindən artıq ailənin ev şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan layihənin reallaşdırılması üçün vəsaitin gələn ilin əvvəllərində təqdim ediləcəyi gözlənilir.

Layihə üzrə Kənd Təsərrüfatı Nazirliyi ilə Beynəlxalq Kənd Təsərrüfatı İnkişaf Fondu (IFAD) arasında razılaşmanın imzalanması 2005-ci ilin iyulunda keçirilib.

Layinənin tam dəyəri $25 miln dəyərində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti