...

Azərbaycanda pambıq yığımı başa çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2005 20:46 (UTC +04:00)

Azərbaycanda pambıq yığımı üzrə işlər başa çatır. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, 2005-ci il noyabrın 21-nə olan vəziyyətə görə Azərbaycanda pambıq yığımının həcmi 187,2 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövründəkindən 54, 6 min ton çoxdur. Bu il üçün pambıq yığımının proqnozu 185 min ton həcmində müəyyən edilmişdi.

Nazirlikdən bildirilib ki, Bərdə, İmişli və Saatlı rayonlarında yüksək məhsuldarlıq müşahidə olunub. Burada ən yüksək məhsul hər hektardan 20-dən 22,5 sentnerə qədər olub.

2005-ci ildə pambıq əkininni ümumi sahəsi 112 min hektar təşkil edib.

Azərbaycanda pambıq 21 rayonda, eləcə də Salyan-Muğan, Qarabağ və Şirvan kimi iqtisadi rayonlarda yetişdirilir.

Xəbər lenti

Xəbər lenti