...

Azərbaycan prezidenti "Özəlləşdirilməsi qadağan edilmiş dövlət əmlakının siyahıya alınma qaydaları haqqında" fərmana dəyişikliklər edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2005 12:28 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Özəlləşdirilməsi qadağan edilmiş dövlət əmlakının, həmçinin, prezidentin və İqtisadi İnkişaf Nazirliyinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlərin əmlakının siyahıya alınması haqqında 18 sentyabr 2003-cü il tarixli fərmanla təsdiq edilmiş qaydalar"a "Dəyişikliklərin edilməsi haqqında" fərmanı imzalayıb.

Fərmana əsasən, "Özəlləşdirilməsi qadağan edilmiş dövlət əmlakının siyahıya alınması qaydaları haqqında" 18 sentyabr 2003-cü il tarixli fərmanın 1-ci bəndində "vergi borcları və faizləri" sözləri "maliyyə sanksiyaları tətbiq edilmiş vergi borcları və bu borclar üzrə hesablanmış faizlər" cümləsi, 5-ci bənddə "iki ay" sözü isə "15 gün" sözü ilə əvəz olunur.

Bu fərman nəşr olunbuğu gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti