...

AYİB Azərdemiryolbank-da nəzarət paketinin əldə olunmasına dair saziş bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2005 15:02 (UTC +04:00)

AYİB-in maliyyə institutları üzrə biznes-qrupunun direktoru Kurt Gayger (K.Geiger) noyabrın 23-də Bakıda Azərdemiryolbank-ın səhmdarları ilə Azərbaycan bankında Avropa bankı tərəfindən 25% və 1 aksiya əldə olunmasına dair saziş imzalayıb. $2,5 mln.-dək dəyəri olan saziş noyabrın 15-də AYİB-in direktorlar şurası tərəfindən qanuniləşdirilib.

Trend bildirir ki,imzalanma mərasimində K.Gayger bəyan edib ki, AYİB-in Azərdəmiryolban-ın kapitalına daxil olması Azərbaycan bankına öz əməliyyatlarını, o cümlədən səhmdarlar tərəfindən idarə etmə və nəzarətinin yaxşılaşdırılması hesabına inkişaf etdirməyə imkan verəcək.

"AYİB aksiyaların ödənməsi ilə yanaşı bankın texniki yardım proqramını da gerçəkləşdirəcək" -deyə K.Gayger bildirib.

Azərdəmiryolbank-ın müşahidə şurasının sədri Rəhman Hacıyev bəyan edib ki, saziş Azərdəmiryolbank və AYİB arasında 1997-ci ildə əsası qoyulmuş münasibətlərin məntiqi nəticəsidir.

Azərdəmiryolbank saziş sayəsində nizamnamə kapitalını hazırkı 22 mlrd. manatdan 14 mlrd. manat artıracaq.Yeni emissiyadan 9 mlrd. manat AYİB, qalan 5 mlrd. manatı isə bankın hazırkı səhmdarları (təxminən 900 fiziki və hüquqi şəxs) əldə edəcək. AYİB daxil olduqdan sonra bankın cəmi kapitalı hazırkı 32 mlrd. manata qarşı 60 mlrd. manat səviyyəsində olacaq.

Aksiyaların nominal dəyərinin ödənməsi ilə yanaşı AYİB həm də Azərdəmiryolbank-ın əsas fondlarının təkrar qiymətləndirilməsi ilə bağlı olaraq $375 min ödəyəcək. Nəticədə sazişin həcmi $2,375 mln.təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti