...

Təxminən 300 vahid kənd təsərrüfatı texnikası lizinq yolu ilə Azərbaycan fermerlərinə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2005 15:19 (UTC +04:00)

Agrolizing ASC-nin xəttilə fermerlərə lizinq yolu ilə 350 vahid k/t texnikası verilib. Agrolizing-də Trend ə bildirilib ki, hazırda 92 mlrd. manat məbləğində alınmış texnikanın ölkəyə nəqli davam etdirilir.

"Hazırda ölkəyə texnikanın ümumi həcmindən 70% gətirilib" - deyə dövlət strukturunda qeyd olunub. Fermerlər tərəfindən texnikanın əldə olunması girov qoymaq və ilkin ödəmədə bütün texnikanın dəyərinin 10%-nin ödənməsi şərtilə mümkündür. K/t texnikasının lizinq yolu ilə icarəyə verilməsi müəssisənin Əli Bayramlıdakı yeni bazası vasitəsilə həyata keçirilir, sonrala isə bazaların mərhələli olaraq açılacağı ölkə regionlarında həyata keçiriləcək.

2005-ci ildə Azərbaycan hökuməti tərəfindən texnikanın və gübrələrin alınmasına na 100 mlrd. manat həcmində vəsait ayrılmış, 2006-cı ildə isə bu rəqəm 150 mlrd. manat təşkil edəcək.

Bundan başqa, ilin sonunadək Azərbaycana Yaponiyadan k/t texnikası gətiriləcək. Bunlan Yaponiyanın Sampo şirkətindən həmin ölkə hökumətinin qrant vəsaiti hesabına ümumi 1,8 mln. (2 mln yen) məbləğində alınmış 25 kombayndır.

Xəbər lenti

Xəbər lenti