...

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərdəmiryolbank-ın kreditini $7,5 milyonadək artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2005 16:47 (UTC +04:00)

Noyabrın 24-də Bakıda ticarət maliyyələşmələri proqramları (Trade Facilitation Programme) və kiçik və orta sahibkarlığın inkişafı üzrə AYİB -lə səhmdar Azərdəmiryolbank arasında kredit razılaşması imzalanıb.

Trend zəbər verir ki, razılaşmaya görə, AYİB Azərdəmiryolbank-a əlavə olaraq mikro və orta sahibkarlığın inkişafı üçün 5 il müddətinə $1 milyon ayırıb, ticarət maliyyələşməsinin ölçüsü isə $1 milyondan $3 milyonadək artırılıb.

Azərdəmiryolbank-ın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib ki, yeni razılaşmaya görə AYİB tərəfdən banka kredit ayrılması $7,5 milyona qədər artırılıb, $3 milyon ticarət maliyyələşməsinə, $3,5 milyon isə kiçik və orta sahibkarlığa və $1 milyon mikro maliyyələşdirməyə ayrılıb.

"Mikro maliyyələşmənin inkişafı üzrə Avropa Bankı tərəfindən kredit xətti Azərbaycan bankı üçün ilk dəfədir ki, açılır ", - deyə R.Əmircanov bildirib.Mərasim çərçivəsində maliyyə institutları üzrə AYİRB-in biznes qrupunun direktoru Kurt Qayger (K.Geiger) ümid etdiyini bildirib ki, perspektivdə Azərdəmiryolbank ipoteka, lizinq və kredit verilməsinin digər növləri üzrə də əməliyyatlar aparacaq.

" Azərdəmiryolbank-ın institusional inkişaf planı mövcuddur, lakin o, ölkənin iqtisadi inkişafından asılı olaraq nəzərdən keçiriləcək. Biz yeni sektorlarda əməliyyatları nəzərdən keçirməyə hazırıq. Düşünürəm ki, lizinq əməliyyatlarına biz ixtisaslaşmış şirkət yaradılmadan departament səviyyəsində baxacağıq ", - deyə R.Əmircanov bildirib.

Xəbər lenti

Xəbər lenti