...

Elman Rüstəmov: Dekabrda yeni Azərbaycan manatının təqdimatı olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2005 17:37 (UTC +04:00)

2005-ci ilin dekabrında Azərbaycanın yeni manatının (AZN) təqdimatı keçiriləcək. Yerli ANS teleşirkətinə istinadən Trend in yaydığı məlumata görə, Azərbaycan Milli bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, Azərbaycanda denominasiya üzrə işlər normal gedir. "Milli Bank bu istiqamətdə beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparır", - deyə o bildirib.

"Bu gün bizdə dövriyyədə 7 -yə qədər banknot var. 6 yeni banknotu nəzərə alsaq, dövriyyədə 12 banknot olacaq. Yeni banknotların dövriyyəyə buraxılışı əhalinin yeni manatdan istifadə sürətindən asılı olaraq mərhələli şəkildə 2- 3 ay ərzində baş verə bilər ", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti