...

10 ay ərzində Azərbaycan büdcəsi profisitlə yerinə yetirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2005 16:33 (UTC +04:00)

Yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin mədaxil hissəsi 102,1% yerinə yetirilib və xəzinəyə planlaşdırılan 8 137,6 milrd manat əvəzinə 8 304,9 milrd manat vəsait keçirilib. Bu barədə Trend ə Maliyyə Nazirliyindən məlumat verilib.

Büdcə proqnozlarının korrektələrdən sonra ümumi nəticələrdən göründüyü kimi bu, daxilolmaların artan tendensiyasının davam etdiyi artıq 4-cü aydır. Mədaxil artımı demək olar ki, büdcənin bütün mədaxil maddələri üzrə müşahidə olunur.

Nazirliyin xətti ilə vergilər üzrə proqnozlaşdırılan 5710,3 mlrd manata qarşı 5 727,1 milrd manat vəsait toplanılıb və müvafiq olaraq o, 100,3% yerinə yetirilib. Toplanan vergilərdən təkcə 2 158,1 mlrd manatı Dövlət Neft Şirkətinin hesabına təmin olunub ki, bu da ötən ilin analoji göstəricilərindən na 38,3% çoxdur. Deməli, digər vergi ödəmələri neft sektorunun payına düşür. Güömrük vergiləri və rüsumlar 1 550,6 mlrd manat toplanılıb ki, bununla da Dövlət Gömrük Komitəsinin proqnozları 10,1% yerinə yetirilib. Dövlət əmlakının icarəsindən dövlət büdcəsinə proqnozlaşdırılandan 28,2% çox, daha doğrusu, 12,6 mlrd manat vəsait keçirilib. Büdcədənkənar daxilolmaların payına 300,1 mlrd manat əvəzinə 351,5 mlrd manat (17,1% çox) daxil olub.

Dövlət Neft Fondundan xəzinəyə köçürmələr proqnozlaşdırılan 625 mlrd manata qarşı 575 mlrd manat təşkil edib və yerinə yetirmələr 92% səviyyəsindədir. Digər mədaxillər üzrə daxilolmamalar da müşahidə olunur. Belə ki, dövlət büdcəsinə 84,6 mlrd manata qarşı 61,2 mlrd manat vəsait köçürülüb və yerinə yetirilmə 72,4% təşkil edib. Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində Avropa Birliyinin xətti ilə büdcəyə 26,9 mlrd manat məbləğində vəsait köçürülüb.

Dövlət büdcəsinin məxaric hissəsi 96,7% yerinə yetirilib və büdcə xərcləri 10 ay ərzində 8,5 trln manat təşkil edib. Bu, 10 aylıq büdcə proqnozlarının 200 milyard manatlıq profisitlə yerinə yetirilməsi deməkdir.

Xəbər lenti

Xəbər lenti