...

Asiya İnkişaf Bankı CAREC çərçivəsində proqrama $952 milyon ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2005 18:01 (UTC +04:00)

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Mərkəzi Asiya Regional Əməkdaşlıq (CAREC) proqramı üçün strategiyanı təzələyib. AİB-dan Trend ə verilən məlumata görə, 3 il üçün nəzərdə tutulmuş yeniləşmiş strategiya regionlar üçün 952 milyon dollar məbləğindəlayihə təklif edir. Bu zaman CAREC üzrə nəqliyyat layihələrinə çoxtərəfli kapital qoyuluşu 1 milyard dollar məbləğində planlaşdırılır.

CAREC 2006-2008-ci illər üçün 943 milyon dollar dəyərində 16 iri layihə və 9 milyon dollarlıq texniki yardım üzrə 13 layihə də daxil olmaqla nəqliyyat, energetika və ticarət proqramlarını həyata keçirir. Bu layihələr əsasən, AİB-in ölkə proqramları çərçivəsində planlaşdırılıb. Əlaə maliyyələşdirmə AİB-in Asiya İnkişaf Fondunun regional güzəşt ehtiyatlarından gözlənilir.

Nəqliyyat sahəsində 2006-2008-ci illər üçün planlaşdırılmış layihələr özündə Özbəkistanda regional əhəmiyyətli dəmiryollarının reabilitasiyasını, Azərbaycanda cənub dəhlizinin yaxşılaşdırılmasını, Monqolustanda qərbi regional yol dəhlizinin inkişafını və Düşənbədən Qırğızıstan Respublikasının sərhəddinə qədər yolların reabilitasiyasını nəzərdə tutur.

Energetika sektorunda layihələrə qazın verilməsinin regional şəbəkələrinin yaxşılaşdırılması, Tacikistana elektrik enerjisinin tədarükünün yaxşılaşdırılmasını, Mərkəzi Asiya - Mərkəzi Avropa qaz boru kəmərinin təmirini və elektrik şəbəkələrinin birləşdirilməsi üzrə layihələr daxildir.

2005-ci il iyunun sonlarında AİB CAREC-in 7 layihəsi üçün ümumi məbləği $275,1 miln olan 11 istiqrazı təsdiqləyib və 3 layihə üçün $140,7 miln məbləğində birgə maliyyələşdirməyə cəlb edib. 2000-ci ilin oktyabr və 2005-ci ilin iyun aylarında AİB həmçinin ümumi məbləği $17,44 mln olan 23 qrant texniki yardım layihəsi təsdiqləyib.

CAREC Əfqanıstanfı, Azərbaycanı, Çini, Qazaxıstanı, Qırğızıstanı, Monqolustanı, Tacikistanı və Özbəkistanı, eləcə də 6 çoxtərəfli təşkilatı -AİB, AYİB, BVF, İslam İnkişaf Bankını, BMT-nin İnkişaf Proqramını, Dünya Bankını əhatə edir. CAREC-in məqsədi iqtisadi artımı artırmaq və regional iqtisadi əməkdaşlıq vasitəsilə həyat standartlarını yüksəltməkdir.

Xəbər lenti

Xəbər lenti