...

ABŞ- Azərbaycan arasında işçi qrupun iclası noyabrın 29-da Vaşinqtonda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2005 19:51 (UTC +04:00)

Noyabrın 27-də Azərbaycan hökumətinin nüymayəndə heyəti keçid dövrü şəraitində əməkdaşlıq məsələlri və iqtisadi islahatlara yardım üzrə Azərbaycan -Amerika hökumətlərarası işçi qrupunun növbəti iclasında iştirak etmək üçün Vaşinqtona yola düşüb.

Maliyyə Nazirliyindən Trend ə verilən məlumata görə, iclas noyabrın 29-na planlaşdırılıb. Əvvəlki səfərlərdən fərqli olaraq, bu nümayəndə heyətinin tərkibinə işçi qrupun həmsədri olan maliyyə naziri Əvəz Ələkbərovla yanaşı, iqtisadi inkişaf naziri Heydər Babayev, Milli Bankın sədri Elman Rüstəmov ədliyyə, xarici işlər nazirlərinin müavinləri, Respublika prokurorluğunun korrupsiya ilə mübarizə idarəsinin rəisi də daxildir.

İclasda əsas diqqət Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirlməsi, Amerika hökuməti tərəfindən maliyyə yardımı, investisiya mühitinin yaxşılaşdırılması, Azərbaycanın ÜTT-na daxil olması kimi məsələlərə ayrılacaq.

Xəbər lenti

Xəbər lenti