...

Azərbaycanın Təşkil olunmuş Banklararası Kredit Bazarında sövdələşmə qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2005 12:37 (UTC +04:00)

Oktyabrın 3-də bu həftə ərzində ilk dəfə Bakı Fond Birjasının BEST ticarət sistemində fəaliyyət göstərən Təşkil olunmuş Banklararası Kredit Bazarında (TBKB) sövdələşmə aparılıb.

BBIB -dən Trend ə verilən məlumata görə, noyabrın 21 -də TBKB -da 2,758 milyard manatlıq sövdələşmə aparılıb. Sövdələşmə 8% illik dərəcə ilə 30 gün müddətinə bağlanılıb. Həmin gün TBKB-nın kredit ehtiyatlarına tələb 27,076 milrd manat təşkil edib. Nəticədə oktyabr ayı ərzində TBKB-da dövriyyə 21,76% (12,677 milyd manatlıq 12,6 %-lik orta illik dərəcə ilə) olub.

2005-ci il ərzində TBKB-nın ümumi dövriyyəsi artıq 29 sövdələşmə üzrə 44,741 mlrd manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti