...

Azərbaycan-Tatarıstan Komissiyasının ilk iclasının keçirilməsi üçün hazırlıq işlərinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2005 12:49 (UTC +04:00)

Azərbaycanın Nazirlər Kabineti ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Azərbaycan-Tatarıstan hökumətlərarası komissiyanın ilk iclasının keçirilməsinə ilkin hazırlıq işlərinə başlayıb.

Azərbaycanın Nazirlər Kabinetindən Trend ə verilən məlumata görə, hökumət artıq ölkənin idarələrinə Azəobaycan üçün cəlbedici olan əməkdaşlıq barədə sorğu ilə müraciət edib.

"Bu təkliflərin əsasında müzakirə üçün perspektivli olan məsələlərin dairəsi və komissiyanın ilk iclasının gündəliyi müəyyənləşdiriləcək. Onun keçirilməsinin müddəti üzrə müzakirələr hələ başlanmayıb ", - deyə Nazirlər Kabinetindən bildirilib.

Eyni zamanda, diplomatik mənbələrdən verilən məlumatlara görə, ilk iclas 2006-cı ildə Bakıda keçirilməsi planlaşdırılan Azərbaycanda Rusiya İlinin açılışı çərçivəsində keçirilə bilər.

Komissiya Azərbaycanla Tatarıstan arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün yaradılıb. Komissiyanın Azərbaycan tərkibi Azərbaycan prezidenti İlham Əliyevin 2005-ci il 25 avqust tarixli fərmanı ilə təsdiqlənib. Tatarıstan prezidenti Mintimer Şaymiyev tərəfindən bu komissiyanın Tatarıstan tərəfinin tərkibi 2005-ci il 19 oktyabr tarixli sərəncamı ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti