...

Azərbaycanın əmlak komitəsinin ştat cədvəli təsdiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2005 13:00 (UTC +04:00)

AR Nazirlər Kabinetinin sərəncamı ilə dünən dövlət əmlakının idarə edilməsi Dövlət komitəsinin ştat cədvəli təsdiq olunub.Nazirlər Kabinetində Trend ə bildirilib ki, Dövlət komitəsinin ştatı İqtisadi İnkişaf Nazirliyi yanında dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi Departamentinin ştat cədvəli ilə müqayisədə bir qədər genişləndirilib.

"Ştatın genişləndirilməsinin əsas səbəbi Dövlət komitəsinin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlıdır" -deyə Nazirlər Kabinetində bildirilib. Dövlət komitəsində qeyd olunduğu kimi, gələn həftədən yeni ştat vakansiyalarının doldurulmasına başlanılacaq və Dövlət komitəsi aktiv fəaliyyətə başlayacaq.

Dövlət komitəsi Azərbaycan prezidenti İlham Əliyevin 2005-i il 16 sentyabr tarixli sərəncamı ilə dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, özəlləşdirmədə şəffaflığın təmin edilməsi, əlavə investisiyaların cəlb edilməsi və digər sahələrdə dövlət siyasətinin həyata keçi rilməsi məqsədilə İqtisadi inkişaf Nazirliyi dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi Departamentinin bazasında yaradılıb. Həmin vaxt komitənin sədri Departamentin keçmiş direktoru Kərəm Həsənov təyin edilmişdi. Dövlət komitəsinin əsasnaməsi prezident İlham Əliyevin 16 noyabr tarixli fərmanı ilə təsdiq edilib, noyabrın 19-da qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti